”AJET” aviaşirkətinin Bakı–İstanbul reysi texniki səbəbdən təxirə salınıb
sizinxeber.az xəbər saytı

”AJET” aviaşirkətinin Bakı–İstanbul reysi texniki səbəbdən təxirə salınıb


6 avqust tarixində nəzərdə tutulan “AJET” aviaşirkətinin icra etdiyi TKJ-178 nömrəli Bakı–İstanbul (SAW) reysi texniki səbəbdən təxirə salınıb.

APA xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Təhlükəsizlik məqsədilə sərnişinlər təyyarədən endirilərək gözləmək üçün terminala yönləndirilib. Hazırda onların aviaşirkət tərəfindən otellərə yerləşdirilməsi və digər zəruri prosedurlar həyata keçirilir.

Sözügedən reysin 7 avqust 2025-ci il tarixində həyata keçirilməsi nəzərdə tutulur.

Heydər Əliyev Beynəlxalq Aeroportu bütün sərnişinlərə yalnız aviaşirkətin rəsmi nümayəndəliyinə və əlaqə kanallarına müraciət etməyi tövsiyə edir. Uçuşun yeni vaxtı, aviabiletlərlə bağlı dəyişikliklər və digər məsələlərlə bağlı məlumatlar birbaşa aviaşirkət tərəfindən təqdim olunur.

Oxşar xəbərlər

”UTair” aviaşirkətinin Gəncə–Moskva reysi təxirə salınıb
Duman səbəbindən Gəncə Aeroportuna yönləndirilən AZAL-ın üç reysi Bakıya çatıb - YENİLƏNİB-1
Heydər Əliyev Hava Limanından Varşavaya uçuş texniki nasazlıq səbəbindən ləğv edilib
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
Körfəz üzərində hava məkanının bağlanması nəticəsində Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər