Rafał Poborski: Azərbaycan və Polşa nəqliyyat qovşağına çevrilmək üçün ideal mövqeyə malikdir
sizinxeber.az xəbər saytı

Rafał Poborski: Azərbaycan və Polşa nəqliyyat qovşağına çevrilmək üçün ideal mövqeyə malikdir


Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) potensialından istifadə edilməsi Polşa ilə Azərbaycan arasında daimi müzakirə mövzusudur.

Bunu "Sizinxeber.az"a müsahibəsində Azərbaycanda diplomatik fəaliyyətini başa vuran Polşa səfiri Rafal Poborski deyib.

“Bu, bizim daimi müzakirə mövzumuzdur, hamımız bu məsələ üzərində işləyirik. Orta Dəhliz çox perspektivli layihədir. Şadam ki, biz onun üzərində müxtəlif formatlarda işləyirik”, - diplomat bildirib.

Səfir yaxın gələcəkdə Orta Dəhlizdən istifadənin genişləndirilməsi üçün şəraitin yaradılacağına ümidvar olduğunu deyib. O qeyd edib ki, bu marşrut ikitərəfli münasibətlərdə xüsusi əhəmiyyət kəsb edir.

"Polşa və Azərbaycan nəqliyyat qovşağına çevrilmək üçün ideal mövqeyə malikdir. Biz Avropanın mərkəzində yerləşirik, yeddi ölkə ilə həmsərhədik, Skandinaviya və Baltikyanı regionu cənub, eləcə də şərq və qərblə birləşdiririk. Azərbaycanın isə Avropa ilə Asiya arasında körpü olduğunu söyləmək olar, ona görə də birlikdə bu layihəni ətraflı öyrənməli, strategiya hazırlamalı və ondan faydalanmalıyıq”, - Poborski vurğulayıb.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Oxşar xəbərlər

Rafal Poborski: Azərbaycan xalqı ilə birgə həm xoş, həm də çətin anları yaşadım - MÜSAHİBƏ
Polşa Prezidenti Azərbaycana səfər edəcək
Hikmət Hacıyev missiyasının başa çatması münasibətilə Polşanın səfiri ilə görüşüb
Qazaxıstanda Kurık limanını Orta Dəhlizlə birləşdirən yolun əsaslı təmiri başa çatır
Orta Dəhlizlə yükdaşımalar 65 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər