Saleh Məmmədov Ağsuda vətəndaşları qəbul edib
sizinxeber.az xəbər saytı

Saleh Məmmədov Ağsuda vətəndaşları qəbul edib


Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Ağsu rayonunda vətəndaşları qəbul edib.

"Report" agentliyə istinadən xəbər verir ki, qəbulda Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.

Müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Oxşar xəbərlər

Saleh Məmmədov İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edib
Saleh Məmmədov İsmayıllıda vətəndaşları qəbul edəcək
Saleh Məmmədov Xaçmazda vətəndaşları qəbul edib
Saleh Məmmədov Gəncədə vətəndaşları qəbul edib
Saleh Məmmədov Sabirabadda vətəndaşları qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər