Dövlət Şəhərsalma və Arxitektura Komitəsi geniş fəaliyyət proqramı hazırlayır
sizinxeber.az xəbər saytı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi geniş fəaliyyət proqramı hazırlayır


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya sistemin təşkili və fəaliyyəti qaydalarına dair geniş fəaliyyət proqramı hazırlayır.

"Sizinxeber.az" xəbər verir ki, bunu Komitənin sədri Anar Quliyev Bakıda keçirilən "Azərbaycanda Yaşıl Tikinti" mövzusunda dəyirmi masada bildirib.

O qeyd edib ki, rəhbərlik etdiyi qurum ərazilərin planlaşdırılması zamanı təbiətəsaslı həllərin tətbiq edilməsi, ictimai məkanların ərazilərinin artırılması kimi müasir yanaşmalar həyata keçirir: "Bakı və digər şəhərlərin baş planlarının hazırlanması zamanı ətraf mühitin qorunması məsələsinə xüsusi diqqət yetirilir. Bu istiqamətdə fəaliyyətə rəqəmsal tikinti sektorunun inkişafı, resurslardan səmərəli istifadə daxildir. Tikintidə enerji səmərəliliyinə, günəş istilik sistemlərinin quraşdırılmasına diqqət ayrılır".

Oxşar xəbərlər

Azərbaycanda şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı yeni fəaliyyət proqramı hazırlanır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Anar Quliyev: "İstixana qazı emissiyalarının 40 %-dən çoxu şəhərlərin payına düşür" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev: "Tikinti sektorunun emissiyalarda payı 21 % təşkil edir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 20-yə yaxın özəl tikinti şirkətinin dayanıqlılıq hesabatı var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tikinti layihələri üçün müfəssəl planların məcburi tətbiqi müddəti daha 3 il təxirə salınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər