Anar Quliyev: "İstixana qazı emissiyalarının 40 %-dən çoxu şəhərlərin payına düşür"
sizinxeber.az xəbər saytı

Anar Quliyev: "İstixana qazı emissiyalarının 40 %-dən çoxu şəhərlərin payına düşür"


Hazırda dünyada istixana qazı emissiyalarının 40 %-dən çoxu şəhərlərin payına düşür.

"Sizinxeber.az" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən "Azərbaycanda Yaşıl Tikinti" mövzusunda dəyirmi masada bildirib.

Onun sözlərinə görə, tikinti sektoru ətraf mühitə birbaşa təsir edən sahələrdən biridir: "Orta hesabla karbon emissiyasının 37 %-dən çoxu bu sahənin payına düşür. Tam həyat dövrünü nəzərə alsaq, binalar dünyanın təbii ehtiyatlarının 50-70 %-ni istehlak edir. Odur ki, qlobal istiləşmənin yaratdığı iqlim böhranı şəraitində dayanıqlı və ətraf mühitin mühafizəsinə istiqamətlənən tikinti təcrübələri getdikcə daha çox əhəmiyyət kəsb edir".

Oxşar xəbərlər

Dünyada istixana qazı emissiyalarının 80 %-i 57 şirkətin payına düşür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev: "Tikinti sektorunun emissiyalarda payı 21 % təşkil edir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 20-yə yaxın özəl tikinti şirkətinin dayanıqlılıq hesabatı var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pərviz Şahbazov: “Karbon qazı emissiyalarının azaldılması Azərbaycanın enerji gündəliyində mühüm yer tutur” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniyada qaz istehlakının azalması CO2 emissiyalarına mənfi təsir edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər