Azərbaycanda yataqxana və hostellər üçün layihələndirmə normaları təsdiqlənib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Yataqxana və hostellər. Layihələndirmə normaları”nı təsdiq edib.
“Sizinxeber.az” xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.
Qərara əsasən, yataqxana və hostellərin tutumu şəhərsalma və tikintiyə dair normativ sənədlərə, həmçinin layihə tapşırığına əsasən müəyyən ediləcək.
Belə ki, tutumuna görə hostellər 2 yerə bölünür:
- kiçik – 25 nəfərə qədər;
- böyük – 25 nəfərdən çox.
Bundan başqa, yataqxanaların və 50-dən çox yer sayı olan hostellərin giriş-çıxış yerlərində, mərtəbələrin dəhlizlərində, ictimai-iaşə zonalarında 24 saat işlək vəziyyətdə olan müşahidə kameraları quraşdırılmalıdır.
Hostellərdə bir sakin üçün minimum torpaq sahəsi normalaşdırılmasa da, yataqxanalar üçün bir sakinə düşən minimal torpaq sahəsi aşağıdakı kimi müəyyənləşib:
Yataqxanaların ərazisində uşaq oyun meydançaları üçün sahə ayrılmalı və avadanlıqlarla təchiz olunmalıdır. Uşaq oyun meydançaları binanın pəncərə açırımı olan xarici divarından 12 m-dən az olmayan məsafədə yerləşdirilməlidir.
Tələbə şəhərciyi binalarının tərkibindəki yataqxanalarda ümumi yerlərin 15%-i ailəli tələbələr üçün nəzərdə tutulmalıdır.
Yataqxananın yaşayış sahəsi bir nəfər üçün 10 m2-dən az olmamalıdır. Tələbə və şagirdlər üçün yataqxanaların yaşayış otağında müstəqil məşğələlər üçün yer nəzərdə tutulduqda yaşayış sahəsi bir nəfər üçün 12 m2-dən az olmamalıdır.
Yaşayış otağı 3 nəfərdən, qalma müddəti üç aya qədər olduqda isə 4 nəfərdən çox olmayan şəxslərin yerləşdirilməsi nəzərdə tutulmaqla layihələndirilir.
Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Oxşar xəbərlər
“Yanacaq və elektrik doldurma məntəqələri. Layihələndirmə normaları” təsdiqlənib
“Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları” təsdiqlənib
Azərbaycanda dövlət idarə və təşkilatlar üçün tikinti normaları təsdiqlənib
Cəbrayılda daha 229 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi istifadə ediləcək
Azərbaycanda “İstehsalat binaları. Layihələndirmə normaları” təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT













