Fitch Solutions: Zəngəzur dəhlizi Azərbaycanın regionda strateji mövqeyini gücləndirəcək
sizinxeber.az xəbər saytı

Fitch Solutions: Zəngəzur dəhlizi Azərbaycanın regionda strateji mövqeyini gücləndirəcək


Zəngəzur dəhlizinin reallaşması Azərbaycanın Cənubi Qafqaz regionunda strateji mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə "Fitch Group"a aid olan "Fitch Solutions" şirkətinin Azərbaycanla bağlı hesabatında bildirilib.

Qeyd olunur ki, 2023-cü ildə Qarabağ üzərində tam nəzarəti bərpa edən Azərbaycan hazırda regionda nəqliyyat əlaqələrinin inkişafına və Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru yolunun qurulmasına yönəlmiş layihələrə diqqət yetirir. Hesabata əsasən, Ermənistanın cənub ərazisindən keçməsi planlaşdırılan Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcək. Bu yeni nəqliyyat marşrutu alternativ bağlantı imkanları yaradacaq və Azərbaycanın həm Xəzər, həm də Qara Dəniz hövzəsinə çıxışını genişləndirəcək.

“Fitch Solutions” həmçinin bildirib ki, hazırda ticarət balansı mənfi olaraq qalır və bu, ölkə iqtisadiyyatının artım tempinə mənfi təsir göstərir. 2024-cü ildə idxalın ixracdan üstün olması səbəbindən ticarətin iqtisadi artıma töhfəsi mənfi olub. Agentliyin proqnozuna görə, bu meylin yaxın dövrdə dəyişməsi gözlənilmir. Bununla belə, hökumətin həyata keçirdiyi infrastruktur layihələri və regional bağlantı təşəbbüsləri uğurla icra olunarsa, ticarət balansında müəyyən müsbət dəyişikliklər baş verə bilər.

FS ümumilikdə əlavə edib ki, uzunmüddətli perspektivdə Azərbaycanın iqtisadi inkişafı hökumətin hazırda həyata keçirdiyi strateji addımlarla müəyyən olunacaq.

Oxşar xəbərlər

"Fitch Solutions” Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb
Fitch Solutions: AÇG-də neft hasilatının artırılması və artan enerji qiymətləri Azərbaycan büdcəsini dolduracaq
Fitch Solutions: Azərbaycanın Avropa üçün strateji əhəmiyyəti artıb
"Fitch Solutions” gələn il üçün neftin qiyməti üzrə proqnozunu azaldıb
ADY İranda Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin inşasını müzakirə edib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər