Azərbaycan İsraili Ümumdünya Şəhərsalma Forumunda iştiraka dəvət edib
sizinxeber.az xəbər saytı

Azərbaycan İsraili Ümumdünya Şəhərsalma Forumunda iştiraka dəvət edib


Azərbaycan İsraili gələn il Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda iştiraka dəvət edib.

“Sizinxeber.az” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Facebook” sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, İsrail Dövlətinin Tikinti və Mənzil Nazirliyinin Baş direktoru Yehuda Morgenstern ilə səmimi və faydalı fikir mübadiləsi aparılıb: “Görüş zamanı şəhərlərdə yenidənqurma, tikinti sektorunun tənzimlənməsi və əlçatan mənzil proqramlarının icrası məsələlərini müzakirə etdik. Həmçinin, israilli həmkarlarımızı böyük məmnuniyyətlə 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda iştirak etməyə dəvət etdim”.

Oxşar xəbərlər

Anar Quliyev BMT-nin Yüksək Səviyyəli Siyasi Forumu çərçivəsində bir sıra görüşlər keçirib
İlham Əliyev Belarusu Azərbaycanda keçiriləcək Dünya Şəhərsalma Forumunda iştiraka dəvət edib
Mərakeş naziri Bakıda keçiriləcək beynəlxalq foruma dəvət olunub
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək 13-cü sessiyasının milli koordinatoru təyin edilib
Anar Quliyev: "Bakıda baş tutacaq Ümumdünya Şəhərsalma Forumu qlobal dialoq üçün platformalardan biri olacaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər