Torpaqların sənədləşməsində gecikmələrin səbəbləri açıqlanıb
Azərbaycanda torpaq istifadəçilərinin sənədləşdirilməsi prosesində gecikmələrin əsas səbəbi texniki çətinliklərdir.
"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova deyib.
O qeyd edib ki, vətəndaşların faktiki istifadə etdikləri torpaq sahələri ilə əldə etdikləri sənədlər arasında uyğunsuzluq çox vaxt prosesin uzanmasına səbəb olur:
“Azərbaycanda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması haqqında" fərmana əsasən torpaq istifadəçilərinin real məkana köçürülməsi nəzərdə tutulub. Lakin praktiki olaraq, bəzən bir massivdə sənədin düzgünləşdirilməsi bir ay, hətta iki ay çəkir. Bu da ümumi icra müddətini artırır. Bu vəziyyətdə vətəndaşların prosesə daha aktiv və maraqlı yanaşması vacibdir.
“Nə qədər vətəndaşlar sənədləşdirmə işlərinin sürətləndirilməsində bizə dəstək olsalar, təkcə onların yox, həmin ərazidə yaşayan yüzlərlə insan sənədlərini daha tez əldə edə biləcək”, - N.Alimova əlavə edib.
O bildirib ki, müxtəlif instansiyalara daxil olan şikayətlərdə əsasən texniki problemlərdən qaynaqlanan gecikmələr üzə çıxır və bunun aradan qaldırılması üçün işlər aparılır.
Oxşar xəbərlər
Azərbaycanda torpaq sənədlərinin qeydiyyatında gecikmələrin səbəbi açıqlanıb
Nigar Alimova: "Azərbaycanda 2001-ci ilə qədər verilmiş torpaq sənədlərinə əsasən mülkiyyət hüququ tanınacaq”
Azad edilmiş ərazilərdə torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsi qaydası müəyyənləşib
Azərbaycanda sənədsiz evlərlə bağlı normativ hüquqi akt qəbul ediləcək
Azərbaycanda 100 minə yaxın daşınmaz əmlaka “amnistiya” veriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












