Azərbaycanda torpaq sənədlərinin qeydiyyatında gecikmələrin səbəbi açıqlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda torpaq sənədlərinin qeydiyyatında gecikmələrin səbəbi açıqlanıb


Azərbaycanda torpaq istifadəçilərinin sənədləşdirilməsi prosesində gecikmələrin əsas səbəbi texniki çətinliklərdir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, vətəndaşların faktiki istifadə etdikləri torpaq sahələri ilə əldə etdikləri sənədlər arasında uyğunsuzluq çox vaxt prosesin uzanmasına səbəb olur:

“Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması haqqında" fərmana əsasən torpaq istifadəçilərinin real məkana köçürülməsi nəzərdə tutulub. Lakin praktiki olaraq, bəzən bir massivdə sənədin düzgünləşdirilməsi bir ay, hətta iki ay çəkir. Bu da ümumi icra müddətini artırır”.

N.Alimova əlavə edib ki, bu vəziyyətdə vətəndaşların prosesə daha aktiv və maraqlı yanaşması vacibdir:

“Nə qədər vətəndaşlar sənədləşdirmə işlərinin sürətləndirilməsində bizə dəstək olsalar, təkcə onların yox, həmin ərazidə yaşayan yüzlərlə insan sənədlərini daha tez əldə edə biləcək”.

O həmçinin vurğulayıb ki, müxtəlif instansiyalara daxil olan şikayətlərdə əsasən texniki problemlərdən qaynaqlanan gecikmələr üzə çıxır və bunun aradan qaldırılması üçün işlər aparılır.

Oxşar xəbərlər

Nigar Alimova: "Azərbaycanda 2001-ci ilə qədər verilmiş torpaq sənədlərinə əsasən mülkiyyət hüququ tanınacaq”
Azərbaycanda texniki pasportu olan tikililərin qeydiyyatı sadələşdirilir
Nigar Alimova: "Sənədsiz evlərlə bağlı problemlərin həlli istiqamətində çalışırıq"
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Şirvanda vətəndaşları qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər