ADY: 5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb
sizinxeber.az xəbər saytı

ADY: 5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb


Bu ilin yanvar-may aylarında hərəkətdə olan sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb.

Bu barədə “Report” “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

Məlumata görə, nəticədə qatardakı sərnişinlərin həyatına təhlükə yaranır, qatarlara və infrastruktura ziyan dəyir və bəzən qatar təcili dayanma etdiyi üçün qrafikdə gecikmələr baş verir.

"Ötən ilin eyni dövrü ilə müqayisədə azalma müşahidə olunsa da, ADY hərəkətin təhlükəsizliyinə yaradılan risklərin tamamilə aradan qaldırılması üçün müxtəlif tədbirlər həyata keçirir. Bu cür hallarla mübarizə aparmaq üçün davamlı maarifləndirmə işləri və dəmir yollarının ətrafında yaşayan sakinlərlə profilaktik söhbətlər aparılır, məktəblərdə təlimlər keçilir. Həmçinin qatarların kamerasına düşən görüntülər əsasında daş atan şəxslər müəyyən edilərək qanunvericilik əsasında cərimələnirlər", - deyə qurumun məlumatında qeyd olunub.

Oxşar xəbərlər

ADY: I rübdə sərnişin və yük qatarlarına 11 dəfə daş atılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADY: Ötən il sərnişin və yük qatarlarına 46 dəfə daş atılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il ADY-nin sərnişin və yük qatarlarına 45 dəfə daş atılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il ADY-nin qatarları sahibsiz ev heyvanları ilə 42 dəfə toqquşub [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azərbaycan Dəmir Yolları" sərnişin daşınmasını 10 %-dən çox artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər