ADY: I rübdə sərnişin və yük qatarlarına 11 dəfə daş atılıb
Bu ilin I rübündə hərəkətdə olan sərnişin və yük qatarlarına 11 dəfə daş atılıb.
Bu barədə “Report” “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.
Məlumata görə, nəticədə qatarın pəncərələri zədələnib, sərnişinlərin həyatına təhlükə yaranıb, həmçinin bəzi hallarda qatar təcili tormozlama etdiyi üçün qrafikdə gecikmələr yaşanıb.
Qatara ziyan vuranlar Azərbaycanın qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunurlar. Qatara daş atan azyaşlıların valideynləri aşkar edilərək vurulan zərərin qarşılığında cərimələnirlər.
“ADY dəmiryol xətti ətrafında yaşayan sakinləri təhlükəsizliyə əməl etməyə çağırır. Valideynləri övladlarını bu barədə maarifləndirməyə və bu cür qanunsuz hərəkətlərdən çəkindirməyə səsləyir”, - deyə qurumun məlumatında deyilir.
Oxşar xəbərlər
ADY: Ötən il sərnişin və yük qatarlarına 46 dəfə daş atılıb
Bu il ADY-nin sərnişin və yük qatarlarına 45 dəfə daş atılıb
Bu il ADY-nin qatarları sahibsiz ev heyvanları ilə 42 dəfə toqquşub
İranda sərnişin qatarlarına biletlərin qiyməti 25 faiz artıb
ADY: Piyada diqqətsizliyi qəzaya səbəb olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













