Azərbaycanda qatarlara elektron şəxsiyyət vəsiqəsi ilə minmək mümkün olub
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) ölkədaxili marşrutlar üzrə hərəkət edən sərnişin qatarlarına minik zamanı artıq həm də elektron şəxsiyyət vəsiqəsini təqdim etmək mümkündür.
"Report" xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir.
Məlumata görə, ölkə Prezidentinin 16 iyul 2024-cü il tarixli fərmanına əsasən, “My.gov.az” portalından qeydiyyatdan keçərək istifadə olunan elektron şəxsiyyət vəsiqəsi fiziki şəxsiyyət vəsiqəsinin əslinə bərabər tutulur.
Artıq hər bir vətəndaşın “My.gov.az” portalından qeydiyyatdan keçməklə şəxsiyyətini təsdiq edən məlumatları QR kod şəklində əldə edib, həmin QR kodu səfər öncəsi qeydiyyatdan keçmək üçün vaqon bələdçisinin validatorunda (məlumatları yoxlama cihazı) oxutmağa təqdim etməsi kifayətdir.
Sərnişinlər üçün rəqəmsal imkanları mütəmadi olaraq genişləndirən ADY-nin yeni sistemə inteqrasiyası qatara minik prosesini daha sadələşdirir və sürətləndirir. Bu da sərnişinlərin rahat səfər etməsinə, eləcə də hər hansı səbəbdən fiziki şəxsiyyət vəsiqəsi olmadıqda belə səyahətlərini davam etdirmsinə imkan verir.
Oxşar xəbərlər
Qatarlara minik asanlaşdı: artıq elektron şəxsiyyət vəsiqəsi də keçərlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvana aviabiletləri rəqəmsal şəxsiyyət vəsiqəsi ilə almaq mümkün oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvana aviabiletləri rəqəmsal şəxsiyyət vəsiqəsi ilə almaq mümkün olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qarabağa getmək istəyənlərin nəzərinə! [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qarabağa avtobusla səfər etmək üçün yaş məhdudiyyəti aradan qaldırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












