Nazir müavini: "2030-cu ilə qədər Azərbaycanda bərpa olunan enerjinin payını 30 %-dən çox etmək olar"
sizinxeber.az xəbər saytı

Nazir müavini: "2030-cu ilə qədər Azərbaycanda bərpa olunan enerjinin payını 30 %-dən çox etmək olar"


2030-cu ilə qədər Azərbaycanın enerji istehsalı gücündə bərpa olunan enerjinin payını 30 %-dən çox etmək olar.

"Report" xəbər verir ki, bunu energetika nazirinin müavini Kamal Abbasov Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasında deyib.

O bildirib ki, 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin payını 30 %-ə çatdırmaq hədəflənib: "Lakin enerji keçidinin hazırkı tempində bu pay 2027-ci ilə qədər 32,6 %-ə, 2030-cu ilə qədər isə 34,6 %-ə çata bilər".

Onun sözlərinə görə, hazırda Azərbaycan beynəlxalq enerji şirkətləri ilə daxili istehlak üçün gücü 10 gigavata qədər olan "yaşıl enerji", növbəti onillikdə iqtisadiyyatın dekarbonizasiyası və ixrac layihələrinin həyata keçirilməsi istiqamətində əməkdaşlıq edir.

K. Abbasov əlavə edib ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi üzrə də işlər davam edir: "Bu istiqamətdə növbəti görüşün sentyabrda Buxarestdə keçirilməsi planlaşdırılır. Layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması 2024-cü ilin sonunadək başa çatdırılması nəzərdə tutulub. Düşünürük ki, baş ofisi Buxarestdə olacaq birgə müəssisə 2024-cü ilin sentyabrında yaradılacaq. Serbiyanın bu layihədə iştirakı layihənin inkişafı baxımından tərəflər üçün faydalı olacaq".

Oxşar xəbərlər

"Xəzər-Qara dəniz-Avropa" Yaşıl Enerji Dəhlizi üzrə birgə müəssisənin yaradılması üçün tender keçiriləcək
Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edildi - SƏRƏNCAM
Səfir: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq ictimaiyyəti birləşdirmək niyyətindədir
Səfir: "Latviya Azərbaycanla "yaşıl enerji" sahəsində texnologiyalarını paylaşa bilər"
Kobaxidze: 2030-cu ilə qədər Gürcüstanda yoxsulluq sıfıra enəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle