Azərbaycan 15 ildə Vyetnama 2,55 milyard ABŞ dolları dəyərində neft tədarük edib
sizinxeber.az xəbər saytı

Azərbaycan 15 ildə Vyetnama 2,55 milyard ABŞ dolları dəyərində neft tədarük edib


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət bölməsi olan “SOCAR Trading SA” 2010-cu ildən 2025-ci ilin yanvar ayının sonuna qədər Vyetnamın “Dung Quat” neft emalı zavoduna (NEZ) 35 partiya Azərbaycan nefti tədarük edib.

Bu barədə “Report” Vyetnamın “Petrovietnam” dövlət şirkətinə istinadən xəbər verir.

"2010-cu ildən 2025-ci ilin yanvar ayının sonuna qədər “SOCAR Trading Singapore” (“SOCAR Trading SA”nın Sinqapurdakı filialı) “Dung Quat” NEZ-nə təxminən 31,7 milyon barel həcmində 35 partiya Azərbaycan nefti tədarük edib ki, bu da təxminən 2,55 milyard ABŞ dolları dəyərində 4,34 milyon ton neftə ekvivalentdir", - məlumatda qeyd olunub.

Şirkətdən bildirilib ki, tədarük 2009-cu ildən etibarən “Petrovietnam”ın iki törəmə şirkəti - PVOIL və BSR ilə “SOCAR Trading SA” arasında “Dung Quat” NEZ-nə “Azeri” markalı Azərbaycan neftinin tədarükü haqqında imzalanmış müqavilə və sazişlər çərçivəsində həyata keçirilib.

Oxşar xəbərlər

SOCAR Qazaxıstanın “Kaşağan” yatağından hasil edilən xam neftin tranzitinə başlayır
SOCAR ötən il neft emalı və neft-kimya məhsullarının ixracını təxminən 3 % artırıb
SOCAR qeyri-neft ixracından gəlirini 13 % artırıb
“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb
Azərbaycan daha 3 ölkədən qızıl almağa başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər