CQD-də profilaktik işlərlə əlaqədar Azərbaycan qazının İGB ilə tədarük həcmi azalacaq
sizinxeber.az xəbər saytı

CQD-də profilaktik işlərlə əlaqədar Azərbaycan qazının İGB ilə tədarük həcmi azalacaq


Cənub Qaz Dəhlizi (CQD) qaz kəmərləri sisteminin bir hissəsində cari təmir işləri ilə əlaqədar Azərbaycan qazının Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə tədarükü 5-9 avqust tarixlərində məhdudlaşdırılacaq.

“Report” bu barədə ICGB (IGB-nin operatoru) boru kəməri şirkətinin məlumatına istinadən xəbər verir.

“2024-cü il avqustun 5-dən 9-dək İGB-yə qədər qaz nəqli sistemlərində planlaşdırılan texniki xidmətlə əlaqədar Komotini - TAP giriş nöqtəsində kəmənə daxil olan qazın həcmi azala bilər”, - məlumatda bildirilib.

Bu, həmçinin digər qaz nəqli sistemləri ilə birləşmə nöqtələrində də ICGB-nin tutumunun istifadəsinə təsir göstərə bilər.

"ICGB sistemi və onun gücü tamamilə əlçatandır", – məlumatda qeyd olunub.

Daha əvvəl bildirilib ki, 5-9 avqust tarixlərində qaz kəmərləri şəbəkəsinin yuxarı hissəsində (TAP-a qədər) CQD boyunca planlaşdırılan texniki xidmət işləri ilə əlaqədar Trans-Adriatik qaz boru kəməri ilə Azərbaycan qazının tədarükü azaldılacaq.

Bundan başqa, BP şirkəti ixrac qaz kəmərlərində planlaşdırılan profilaktik işlərlə əlaqədar avqustun 5-dən 9-na qədər “Şahdəniz” yatağında qaz hasilatını tələb olunan səviyyəyə qədər azaldacaq.

Daha əvvəl "BOTAŞ”ın yaydığı məlumata görə, “Şahdəniz” yatağından qaz ixracı üçün nəzərdə tutulan qazpaylayıcı sistemdə planlaşdırılan texniki xidmət və təmir işləri ilə əlaqədar olaraq Türkiyənin milli qaz paylama şəbəkəsinə "Türkgözü" giriş nöqtəsindən beş gün ərzində - 31 iyul - 5 avqust tarixlərində, Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) “Seyitqazi” giriş nöqtəsindən isə dörd gün ərzində - 5-9 avqust tarixlərində təbii qazın verilməsi dayandırılacaq.

Oxşar xəbərlər

BP profilaktik işlərlə əlaqədar “Şahdəniz”də qaz hasilatını azaldacaq
Azərbaycan qazının Türkiyəyə tədarükü avqust ayında müvəqqəti dayandırılacaq
Teodora Georgieva: "IGB-nin Moldova və Ukrayna üçün enerji təhlükəsizliyi baxımından əhəmiyyəti yalnız artacaq"
Azərbaycan qazının Avropaya ixracının illik həcmi 2026-cı ilə qədər 17 % artacaq
Sahil Babayev: “Azərbaycan yaxın gələcəkdə Serbiyaya qaz tədarükünü artıra bilər”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər