Aİ-nin 18-ci sanksiya paketinin razılaşdırılmasından sonra neft bahalaşıb
sizinxeber.az xəbər saytı

Aİ-nin 18-ci sanksiya paketinin razılaşdırılmasından sonra neft bahalaşıb


Dünya bazarında neftin qiymətləri bu gün Avropa İttifaqı (Aİ) 18-ci sanksiya paketinin razılaşdırılmasından sonra 1 % artıb.

"Sizinxeber.az" xəbər verir ki, bunu ticarət məlumatları təsdiqləyir.

“Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,85 % artaraq 1 barel üçün 70,11 ABŞ dolları, WTI markalı neftin avqust fyuçerslərinin qiyməti isə 1,04 % artaraq 68,25 ABŞ dolları təşkil edib.

Aİ Şurası cümə günü Rusiyaya qarşı yeni, 18-ci sanksiya paketini təsdiqləyib, neftin qiymət tavanının dəyişdirilməsi üçün avtomatik mexanizmin tətbiq olunduğunu elan edib. Həmçinin Aİ neftin maksimum qiymətini 60 ABŞ dollarından 47,6 ABŞ dollarına endirib.

Oxşar xəbərlər

“Brent” markalı neftin qiyməti apreldən sonra ilk dəfə 70 dolları ötüb
İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
“Brent” markalı neftin qiyməti 91 dolları ötüb
“Brent” markalı neftin qiyməti noyabrın 18-dən bəri ilk dəfə 71 dollardan aşağı düşüb
Neft ucuzlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər