Qətər şirkəti Azərbaycanda tikinti sahəsinə maraq göstərir
Qətərin “Al Baladi Holdings” şirkəti Azərbaycanda tikintisi sahəsinə maraq göstərir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Bakıda səfərdə olan “Al Baladi Holdings” şirkətinin icraçı direktoru Hani Al Sayyadi jurnalistlərə açıqlamasında deyib.
“Biz Azərbaycanda ilk öncə qida və içki sahəsinə investisiya yatırmağı planlaşdırırıq. Bununla yanaşı şirkətimiz tikinti sektoruna maraq göstərir. Qeyd etmək istərdim ki, “Al Baladi Holdings” şirkəti təkcə Azərbaycanda deyil, Avropa və Yaxın Şərq kimi regionlarda da “Green Capital Managament” ilə əməkdaşlıq edəcək”, - o qeyd edib.
Xatırladaq ki, bu gün Bakıda Azərbaycan sərmayəsi ilə BƏƏ-də təsis edilmiş “Green Capital Management” şirkəti ilə “Al Baladi Holdings” şirkəti arasında Strateji Tərəfdaşlıq Sazişi imzalanıb. Sazişə əsasən, Bakıda yeni iş yerlərinin yaradılmasını nəzərdə tutan şəbəkələrin açılması üçün təxminən 5 milyon ABŞ dolları həcmində sərmayə yatırılacaq.
Bu sazişin imzalanması "Green Capital Management” ilə qida, pərakəndə satış və qonaqpərvərlik sahələrində fəaliyyət göstərən nüfuzlu “Al Baladi Holdings” arasında tərəfdaşlığın başlanğıcını ehtiva edir. Onlar birlikdə "Go Crispy" və "Tea Time" franşizalarının 27 ölkədə genişləndirməyə və qarşıdakı illərdə 405-dən çox yeni filial açmağı planlaşdırırlar.
1989-cu ildə Qətərdə təsis edilmiş "Souq Al Baladi Group" qida və içki, pərakəndə satış, elektron ticarət və qonaqpərvərlik kimi sektorlarda fəaliyyət göstərən tanınmış Qətər konqlomeratıdır.
Oxşar xəbərlər
Orxan Məmmədov: “Azərbaycan və Qətər arasında iqtisadi və biznes əlaqələrinin inkişafı üçün yeni bir mərhələ açılır”
Azərbaycanın ticarət sahəsinə 5 milyon ABŞ dolları həcmində sərmayə yatırılacaq
KOBİA sədri: “Azərbaycan və Qətər arasında iqtisadi və biznes əlaqələrinin inkişafı üçün yeni bir mərhələ açılır”
Azərbaycanda 30-a yaxın populyar brend olan restoranların açılması planlaşdırılır
SOCAR-ın strukturunda “SOCAR Green” MMC şirkəti təsis edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
İradə İmanbəyliyə vəzifə verildi
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM












