Məmməd Musayev: "Qarabağ iqtisadi rayonundakı fərdi sahibkarların 5 %-dən çoxu qadınlardır"
Qarabağ iqtisadi rayonunda qeydiyyatdan keçən fərdi sahibkarlıq subyektlərinin 5,2 %-i qadınlardır.
“Sizinxeber.az” xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 10-cu Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən sahibkar qadınların 28,6 %-i Bakıda, 10 %-i Lənkəran-Astara, 9,6 %-i Qazax-Tovuz iqtisadi rayonlarında qeydiyyatdan keçib: “Qarabağ iqtisadi rayonunda qeydiyyatdan keçən fərdi sahibkarlıq subyektlərinin isə 5,2 %-i qadınlara məxsusdur. Bu qürurverici göstəricidir və əminik ki, onların sayı getdikcə artacaq”.
M. Musayev qeyd edib ki, dayanıqlı inkişaf prinsiplərinə əsaslanan iqtisadi modellər - “yaşıl texnologiya”lar, rəqəmsallaşma və inklüzivlik - gələcəyin sahibkarlıq sistemini müəyyən edəcək: “Bu mövzular Bakıda keçirilən COP29 tədbirində Azərbaycan Sahibkarlar Konfederasiyasının Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə birlikdə götürdüyü pavilyonda da geniş müzakirə olunub. Hesab edirik ki, bu yolda SİSA regionu qarşılıqlı öyrənmə və birgə təşəbbüslərlə nümunəvi əməkdaşlıq mühiti yarada bilər. Biz, Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq, bu proseslərin fəal iştirakçısı olmaqda davam edəcəyik. İnanırıq ki, bu Forum nəticəsində yeni təşəbbüslər, layihələr və əməkdaşlıq formatları yaranacaq”.
Oxşar xəbərlər
Azad edilən ərazilərdə sahibkarlıq subyektlərinin sayı açıqlanıb
Azərbaycanda qeydiyyata alınmış sahibkarların sayı 1,6 milyonu ötüb
Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq subyektlərinin sayı açıqlanıb
Qarabağ və Şərqi Zəngəzurda yeni orta sahibkarlıq subyektlərinin sayı 7 dəfədən çox artıb
Qarabağ və Şərqi Zəngəzurda yeni kiçik sahibkarlıq subyektlərinin sayı 35 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
