Gəncədə “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək
Avqustun 6-8-də İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Gəncə şəhərində “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək.
“Sizinxeber.az”un KOBİA-ya istinadən verdiyi məlumata görə, yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Gəncə və ətraf bölgələrdən olan KOB subyektləri iyulun 31-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Gəncə” qeyd olunmalıdır).
Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur.
“KOB FEST” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını genişləndirməkdir. Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunacaqdır.
Qeyd edək ki, 2024-cü il ərzində artıq Göygöl və Şəki şəhərlərində “KOB FEST” sərgi-satış yarmarkaları təşkil olunub. Bu yarmarkalarda 170-dən çox KOB subyektinin məhsul və xidmətləri təqdim edilib və satışı həyata keçirilib.
Oxşar xəbərlər
KOBİA sərgilərdə məhsullarını tanıtmaq istəyən KOB-lara dəstək göstərəcək
Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək
Lənkəranda əmək yarmarkası keçiriləcək
Lənkəran-Astara iqtisadi rayonunda KOB dostu ofisi fəaliyyətə başlayıb
KOBİA BMT-nin Qlobal Sazişinə qoşulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













