Azərbaycanda 6 ayda 178 minə yaxın əmlaka çıxarış verilib
sizinxeber.az xəbər saytı

Azərbaycanda 6 ayda 178 minə yaxın əmlaka çıxarış verilib


Bu ilin yanvar-iyun aylarında Azərbaycanda daşınmaz əmlak üzərində 177 664 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Bu barədə "Sizinxeber.az" İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu göstəricinin 27 707-si (15,6 %-i) ilkin, 149 957-si isə (84,4 %-i) isə təkrar qeydiyyatın payına düşür.

Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində - 27 695, mənzil üzərində - 39 388, torpaq sahəsi – 104 580, qeyri-yaşayış binası – 1 586, qeyri-yaşayış sahəsi – 4 017, əmlak kompleksi - 376, çoxmərtəbəli yaşayış binası üzərində isə 22 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.

Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 45 513-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Bu ilin birinci yarımilliyi ərzində 132 115 texniki pasport tərtib edilib, 35 203 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Oxşar xəbərlər

Azərbaycanda ötən ay  30 min daşınmaz əmlakın mülkiyyət hüququ qeydiyyata alınıb
Azərbaycanda iki ayda 60 min daşınmaz əmlakın mülkiyyət hüququ qeydə alınıb
Ötən ay Azərbaycanda 30 minə yaxın daşınmaz əmlakın mülkiyyət hüququ qeydiyyata alınıb
Bu il Azərbaycanda 178 min daşınmaz əmlaka çıxarış verilib
"Azərbaycan Beynəlxalq Bankı"na məxsus iki əmlak özəlləşdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər