Azərbaycan-Yaponiya Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib
Prezident İlham Əliyev Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibini təsdiq edib.
"Sizinxeber.az" xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, Komissiyanın sədri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti, üzvləri isə Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru, “Azərenerji” ASC-nin vitse-prezidenti, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyəti sədrinin müavini, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, "PAŞA Holdinq" və "NEQSOL Holdinq" MMC-lərin Baş icraçı direktorları, Azərbaycanın Yaponiyada səfiridir.
Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə onun Katibliyi yaradılacaq. Katibliyin funksiyasının həyata keçirilməsi İqtisadiyyat Nazirliyinə həvalə edilib.
Xarici İşlər Nazirliyi Komissiyasının yeni tərkibi barədə Yaponiya tərəfinə bildiriş göndərməlidir.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Oxşar xəbərlər
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin Müşahidə Şurası təsdiqlənib
Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yeni tərkibi təsdiqlənib
Ələt azad iqtisadi zonasının ərazisi genişləndirilir
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavininə yeni vəzifələr verilib
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasına yeni vəzifə verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












