Bu gündən Bakının Sabunçu rayonunda yerləşən Yeni Ramana küçəsində nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.
Sizinxeber.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, buna səbəb küçədə aparılacaq təmir işləridir.