Çin ötən il rekord sayda işlənmiş avtomobil ixrac edib
sizinxeber.az xəbər saytı

Çin ötən il rekord sayda işlənmiş avtomobil ixrac edib


Çin 2024-cü ildə təxminən 400 000 işlənmiş avtomobil ixrac edib ki, bu da əvvəlki illə müqayisədə rekord - 45% çoxdur.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Yaponiyanın aparıcı iqtisadi qəzeti “Nikkei” müvafiq ticarət strukturlarının məlumatlarını ümumiləşdirərək yazıb.

Qeyd olunub ki, i0şlənmiş Çin avtomobillərinə ən çox maraq Mərkəzi Asiya ölkələri və Rusiyada göstərilir.

Xüsusilə, Qırğızıstan, Rusiya və Özbəkistan Çindən tədarük edilən bütün işlənmiş avtomobillərin təxminən 50%-ni təşkil edib.

Nəşr bildirib ki, 2023-cü ildə Çin Yaponiyanı keçərək dünyanın aparıcı yeni avtomobil ixracatçısı olub. Həmin vaxt xaricə ümumilikdə 4,91 milyon avtomobil göndərilib ki, bu da əvvəlki illə müqayisədə 57,9% çoxdur.

Oxşar xəbərlər

Almaniyanın daxili dövlət borcu ötən il rekord həddə çatıb
ABŞ-dən Avropaya mayeləşdirilmiş təbii qaz ixracı 10 ayda 23 % azalıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bank xərcini 2 dəfə artırıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi öhdəliklərini 59 % artırıb
Gürcüstan Avropa ölkələrinə ilbiz ixracını artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər