Azərbaycandan dəmir yolu ilə daşınan tranzit yüklər yol vergisindən azad edilib
Bu gündən Azərbaycandan dəmir yolu ilə daşınan tranzit yüklər yol vergisindən azad edilib.
“Sizinxeber.az” xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsində edilmiş dəyişiklik qüvvəyə minib.
Dəyişikliyə əsasən, xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycandakı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda 2 il müddətinə yol vergisindən azad edilir.
Bundan başqa, dəmir yolu ilə nəql edilən yüklər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi son dəmir yolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda yol vergisindən azad edilib.
Oxşar xəbərlər
Gələn ildən dəmir yolu ilə daşımalarda yeni güzəştlər tətbiq olunacaq
2025-ci ildən dəmir yolu ilə daşımalarda yeni güzəştlər tətbiq olunacaq
Xarici dövlətlərin yük avtomobillərinin yol vergisindən azad olunması qaydası hazırlanacaq
Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
