Həştərxan şirkətləri Azərbaycana balıq məhsullarının ilk tədarükünə başlayıb
sizinxeber.az xəbər saytı

Həştərxan şirkətləri Azərbaycana balıq məhsullarının ilk tədarükünə başlayıb


Balıq delikateslərinin, o cümlədən qara kürü və nərə balığının istehsalı və satışı ilə məşğul olan Həştərxan şirkətləri ilk dəfə olaraq öz məhsullarını Azərbaycana tədarük etməyə başlayıblar.

"Report" xəbər verir ki, bu barədə "Kasprıba" Balıqçılıq və Balıq Emalı Müəssisələri İttifaqının rəhbəri Andrey Markin TASS-a bildirib.

O qeyd edib ki, balıq və balıq delikatesləri Həştərxan vilayətinin brendi olaraq qalır, xaricdəki tərəfdaşlar arasında böyük tələbat var.

"Biz ilk dəfə olaraq Azərbaycana balıq məhsullarının, əsasən çiy balıqların tədarükünə başlamışıq ki, bu da orada fəal şəkildə emal olunur. Həştərxan balığından yerli milli xörəklərin hazırlanmasında istifadə olunur”, – Markin vurğulayıb.

Oxşar xəbərlər

Nazir: "Balıq məhsullarının istehsalı tələbatı tam ödəmək üçün yetərli deyil"
Mingəçevirdə qanunsuz balıq satışı ilə məşğul olan şəxslər cəzalandırılıb
ABŞ Rusiyadan dəniz məhsullarının idxalına qadağa qoyub
Balıq unu 3 il idxal gömrük rüsumundan azad olacaq
Saxalində kollektora düşmüş iki ayı balası xilas edilib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle