İFC:  ESG standartlarının tətbiqi Azərbaycan şirkətlərini dünyada tanıdacaq
sizinxeber.az xəbər saytı

İFC: ESG standartlarının tətbiqi Azərbaycan şirkətlərini dünyada tanıdacaq


Azərbaycanda milli ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartlarının tətbiqi və yerli şirkətlərin bu standartlarla tanışlığı nəticə etibarı ilə onların dünyada tanınmasına səbəb olacaq.

"Sizinxeber.az" xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) ESG üzrə eksperti Boris Janjalianı ESG üzrə vahid rəqəmsal platforma konsepsiyasının təqdimatında bildirib.

Onun sözlərinə görə, bu standartlar həmçinin şirkətlərin qlobal tədarük zəncirində iştirakına töhfə verə bilər.

"Azərbaycan tərəfi ilə müzakirələrdə IFC-nin bu məsələyə baxışını paylaşmağa çalışdım, çünki bizim ESG-yə dair öz yanaşmamız var. Bunun da ana xətti bütün proseslərin idarə edilməsidir. ESG sistemlərinin şirkətlərdə olması yaxşıdır, lakin realist olsaq, bu sahibkarlar üçün əlçatan məsələ, asanlıqla icra olunmayan sistem ola bilər. Odur ki, bizim yanaşmamız odur ki, nədənsə başlamaq lazımdır", - deyə IFC rəsmisi qeyd edib.

Oxşar xəbərlər

Azərbaycanda ESG standartları üzrə vahid rəqəmsal platformanın məqsədi açıqlanıb
"ESG üzrə vahid rəqəmsal platforma” konsepsiyasının təqdimatı keçirilib
Azərbaycanda ESG standartları üzrə platformanın inkişafına dair növbəti addımlar açıqlanıb
Azərbaycanda ESG sahəsi üzrə milli standartlar hazırlanıb
KOBİA milli ESG standartlarının tətbiqi üçün layihə hazırlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər