"Azpetrol" şirkətinin və DOST Agentliyinin birgə təşəbbüsü ilə şəhid ailələri ziyarət olunub
"Azpetrol" şirkətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanılıq və Operativ Sosial Təminat (DOST) Agentliyinin birgə təşkilatçılığı ilə qarşıdan gələn Novruz və Ramazan bayramları ilə əlaqədar 60 şəhidimizin ailəsi ziyarət olunub.
Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarının xatirəsinin xalqımızın qəlbinə əbədi yaşayacağı vurğulanıb.
Şəhid ailələrinin rifahının daim diqqət mərkəzində saxlanıldığı, dövlət tərəfindən onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl işlər aparıldığı qeyd edilib.
Belə ziyarətlərin də şəhid qəhrəmanlarımızın ailələrinə ehtiram və minnətdarlığın daha bir ifadəsi olduğu bildirilib.
Ziyarətlər zamanı şəhid ailələrinə bayram sovqatları da təqdim edilib.
Oxşar xəbərlər
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzillər verilib
Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək
AQTA kollektivi Zəfər parkını ziyarət edib
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 150 mənzil təqdim edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
