Azərbaycanda elektron satınalmaların ümumi dəyəri 3 dəfəyə yaxın artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda elektron satınalmaların ümumi dəyəri 3 dəfəyə yaxın artıb


Bu ilin I yarısında Azərbaycanda elektron satınalmaların ümumi dəyəri 1 milyard 455,7 milyon manat təşkil edib.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfəyə yaxın çoxdur.

“Dövlət satınalmalarının elektron qaydada həyata keçirilməsi sahibkarların sərbəst və vaxt itkisinə məruz qalmadan satınalmalarda iştirakına və subyektiv amillərin aradan qaldırılmasına şərait yaradır. Satınalmaların rəqəmsallaşdırılması rəqabətliliyin qorunması, biznes subyektlərinin satınalmalarda iştirak səviyyəsinin yüksəlməsinə töhfə verir”. - deyə M.Abbasbəyli qeyd edib.

Oxşar xəbərlər

Azərbaycanda elektron satınalmaların həcmi 3 dəfə artıb
Dövlət Xidməti: "Azərbaycanda 9 şirkət etibarsız təchizatçı reyestrinə düşüb"
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 7 % artıb
Azərbaycanda aqrar sığorta ödənişləri 3 dəfəyə yaxın artıb
Məmməd Abbasbəyli: "Azərbaycanda iqtisadiyyatın daha da inkişafı üçün rəqabət artırılmalıdır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle