Nigar Arparadarai: “Azərbaycanın tikinti şirkətləri karbon emissiyalarının azaldılmasına dair öhdəliklər götürüb”
sizinxeber.az xəbər saytı

Nigar Arparadarai: “Azərbaycanın tikinti şirkətləri karbon emissiyalarının azaldılmasına dair öhdəliklər götürüb”


Azərbaycanda fəaliyyət göstərən 11 tikinti şirkəti karbon emissiyalarının azaldılmasına dair öhdəliklər götürüb.

“Sizinxeber.az” xəbər verir ki, bunu BMT-nin iqlim dəyişikliyi üzrə yüksək səviyyəli lideri (UN Climate Change High-Level Champion) Nigar Arpadarai jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) ildən-ilə daha da böyüyür:

“Əvvəllər bu tədbirdə müxtəlif ölkələrin hökumətlərinin nümayəndələri iştirak edirdi. Amma indi COP-da özəl sektoru, QHT-ləri, vətəndaş cəmiyyətini, xeyriyyə təşkilatlarını təmsil edən şəxslər iştirak edirlər. Əgər iqlim dəyişikliklərindən söhbət gedirsə, bu məsələnin həllində təkcə hökumətlərin deyil, bütün cəmiyyətin, müxtəlif qurumların mövqeyi mühüm əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, bu gün Bakıda keçirilən “Azərbaycanda Yaşıl Tikinti” mövzusunda dəyirmi masa çərçivəsində ölkədə fəaliyyət göstərən 11 tikinti şirkəti Dayanıqlı Yaşıl Tikinti Bəyannaməsi imzalayıb. Bəyannamənin məqsədi tikinti şirkətlərinin emissiyaların azaldılması məsuliyyətini dərk etdiyini göstərməsidir.

Oxşar xəbərlər

Anar Quliyev: "İstixana qazı emissiyalarının 40 %-dən çoxu şəhərlərin payına düşür"
Muxtar Babayev: "Tikinti sektorunun emissiyalarda payı 21 % təşkil edir"
COP29 gələn il Azərbaycanda keçiriləcək - RƏSMİ
BMT-nin faktaraşdırıcı missiyası Azərbaycandadır
Azərbaycanda 20-yə yaxın özəl tikinti şirkətinin dayanıqlılıq hesabatı var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle