Mirzoyan-Kallas görüşündə strateji tərəfdaşlıq gündəliyi və demokratik dayanıqlılıq müzakirə olunub
sizinxeber.az xəbər saytı

Mirzoyan-Kallas görüşündə strateji tərəfdaşlıq gündəliyi və demokratik dayanıqlılıq müzakirə olunub


Ermənistan və Avropa İttifaqı arasında tərəfdaşlığın strateji gündəliyinin ardıcıl həyata keçirilməsi məsələləri müzakirə edilib.

"Sizinxeber.az" Ermənistan mediasına istinadən xəbər verir ki, müzakirələr Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Kaya Kallas arasında Brüsseldə aparılıb.

Məlumata görə, may ayında İrəvanda keçiriləcək Ermənistan-Aİ sammitinə hazırlığa xüsusi diqqət yetirilib. "Mirzoyan və Kallas həmçinin Ermənistan və Aİ arasında dəyərlərə əsaslanan tərəfdaşlığın mühüm hissəsi olan demokratik dayanıqlılığın gücləndirilməsi təşəbbüslərini müzakirə ediblər", - XİN-dən qeyd edilib. Bundan əlavə, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı üzrə qarşılıqlı faydalı proqramların həyata keçirilməsinin, eləcə də energetika sahəsində əməkdaşlığın vacibliyi vurğulanıb.

Oxşar xəbərlər

Mirzoyan və Kallas Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə ediblər
Ararat Mirzoyan və Kaya Kallas Azərbaycan-Ermənistan sülh sazişini müzakirə ediblər
Kaya Kallas Mirzoyanla görüşüb
Ararat Mirzoyan və Kaya Kallas Azərbaycan-Ermənistan sülh sazişindən danışıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər