Çində masaj salonunda yanğın baş verib, altı nəfər ölüb
sizinxeber.az xəbər saytı

Çində masaj salonunda yanğın baş verib, altı nəfər ölüb


Çinin mərkəzi hissəsində yerləşən Henan əyalətində baş verən yanğın nəticəsində altı nəfər ölüb.

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, hadisə mayın 2-də səhər saatlarında Linbao şəhərində yerləşən ayaq masajı salonunda baş verib.

Məlumata görə, alov sürətlə yayılaraq güclü tüstülənməyə səbəb olub, nəticədə altı nəfər məkanın içərisində qalıb.

Yanğınsöndürənlər zərərçəkənləri operativ şəkildə təxliyə edərək tibb müəssisəsinə çatdırıblar, lakin onları xilas etmək mümkün olmayıb. Salonda olan daha beş nəfər isə xilas edilib.

Yanğının səbəbləri hələ ki müəyyən edilməyib.

Oxşar xəbərlər

Hindistanda xəstəxanada yanğın baş verib, ölənlər var
Çində kimya zavodunda baş verən yanğın nəticəsində üç nəfər ölüb
Moskva vilayətində baş verən yanğında dörd nəfər ölüb
Çində daşqın nəticəsində altı nəfər həlak olub
Çində yanğın nəticəsində 22 nəfər həlak olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər