Zelenski: Döyüşdə irəliləyiş əldə etməyən Rusiya Ukraynanın vacib infrastrukturuna hücumlarını artırır
Döyüş meydanında irəliləyiş əldə etməyən Rusiya Ukraynanın vacib infrastrukturuna hücumlarını artırır.
"Sizinxeber.az"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 26-da Kiyevdə Moldova Prezidenti Maya Sandu ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rusiya qoşunları hücumlarını enerji, logistika, su təchizatı və nəqliyyat infrastrukturuna, xüsusən də dəmir yolu qurğularına və körpülərə yönəldir:
"Bu cür hərəkətlər Ukraynanın beynəlxalq tərəfdaşlarına təzyiq və danışıqlar proseslərinə təsir göstərmək məqsədi daşıyır. Kiyev beynəlxalq yardımı öz müdafiə istehsalının inkişafına və enerji sisteminin qorunmasına yönəltməyi planlaşdırır".
Oxşar xəbərlər
Zelenski: Rusiyanın regionlarımıza hücumlarını cavabsız qoymayacağıq
Rusiya ordusu Ukraynanın qaz və enerji infrastrukturuna zərbə endirib
Ukrayna və Moldova liderləri Kiyevdə Azərbaycan qazına ehtiyacdan danışıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
