Netanyahu ilə Vens ABŞ və İran danışıqlarının yekunlarını müzakirə ediblər
İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ-nin vitse-prezidenti Cey Di Vens telefonla İslamabadda ABŞ və İran danışıqlarının yekunlarını müzakirə ediblər.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə bu gün hökumət başçısının dəftərxanası məlumat yayıb.
"Dünən mən vitse-prezident Cey Di Venslə danışdım. O, İslamabaddan qayıdarkən öz təyyarəsindən mənə zəng etdi. Hazırkı administrasiya üzvlərinin hər gün etdikləri kimi, məni danışıqların gedişi barədə ətraflı məlumatlandırdı. Bu dəfə isə - danışıqların iflasa uğraması barədə", - Netanyahu bildirib.
Onun iddiasına görə, danışıqlar İran nümayəndə heyətinin mövqeyi səbəbindən uğursuzluqla başa çatıb. Bundan əlavə, Netanyahunun sözlərinə görə, Vens onu əmin edib ki, Vaşinqton əvvəlki kimi təkidlə Tehrandan malik olduğu bütün uranı təhvil verməsini və gələcəkdə İran ərazisində onun zənginləşdirilməsindən tamamilə imtina etməsini tələb edir. "Bu, onların əsas məqsədidir və əlbəttə ki, bu bizim üçün də vacibdir", - İsrailin Baş naziri qeyd edib.
Oxşar xəbərlər
"Axios": Vens və Netanyahu İranla danışıqların şərtlərini müzakirə ediblər
KİV: Vens ABŞ və İran danışıqlarının təşkilində əsas rol oynayıb
Vens və Qalibaf İslamabaddakı İran-ABŞ danışıqlarına başçılıq edəcək
KİV: ABŞ-nin İranla müzakirələrində əsas danışıqçısı Vens ola bilər
ABŞ-İran danışıqları ərəfəsində İslamabadda iki günlük tətil elan edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
