Tramp ABŞ blokadasını pozmaq cəhdlərinin nəticələri barədə İrana xəbərdarlıq edib
Prezident Donald Tramp Hörmüz boğazında ABŞ blokadasını pozmağa cəhd edən İran gəmilərini məhv etməklə hədələyib.
"Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb.
O bildirib ki, İranın hərbi dəniz donanması dənizin dibindədir və ABŞ artıq 158 gəmini məhv edib.
"Biz yalnız az sayda sürətli hücum katerlərinə zərbə endirmədik, çünki onları ciddi təhlükə hesab etmirdik. Xəbərdarlıq: əgər bu gəmilərdən hər hansı biri bizim blokadamıza yaxınlaşarsa, dənizdəki gəmilərdə narkotik alverçilərinə qarşı istifadə etdiyimiz eyni məhvetmə sistemi tətbiq olunmaqla dərhal məhv ediləcək. Bu, sürətli və sərtdir. P.S. ABŞ-yə okean və ya dəniz yolu ilə daxil olan narkotrafikin 98,2%-inin qarşısı alınıb!", - Tramp yazıb.
Oxşar xəbərlər
Tramp Hörmüz boğazının blokadasını açıqlayıb
ABŞ Prezidenti İrana hücumdan sonra xalqa müraciət edib
Tramp: İranın yeni nüvə obyektləri yaratmaq cəhdi onların məhv edilməsi ilə nəticələnəcək
Tramp İranın nüvə proqramının bərpa olunacağı təqdirdə onu məhv etməklə hədələyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
