Quterreş ABŞ ilə İran arasında atəşkəsi alqışlayıb
sizinxeber.az xəbər saytı

Quterreş ABŞ ilə İran arasında atəşkəsi alqışlayıb


BMT Baş katibi Antonio Quterreş ABŞ Prezidenti Donald Trampın İranın şərtlərini qəbul etməsi və atəşkəsi alqışlayıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.

"O, Yaxın Şərqdəki hazırkı münaqişənin bütün tərəflərini beynəlxalq hüquq üzrə öhdəliklərinə əməl etməyə və atəşkəsin şərtlərinə riayət etməyə çağırır ki, regionda davamlı və hərtərəfli sülhə yol açılsın", - Dujarrik qeyd edib.

Onun sözlərinə görə, A. Quterreş mülki vətəndaşların həyatını qorumaq üçün savaşa son qoyulmasını vacib sayıb.

Oxşar xəbərlər

BMT: Hörmüz boğazı ilə bağlı risklər yüksəkdir
BMT İsrail və “Hizbullah”ı atəşkəsə çağırıb
BMT baş katibi Yaponiyaya səfər edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər