ABŞ kəşfiyyatı: İran 2025-ci il hücumlarından sonra zənginləşdirilmiş uran istehsalını bərpa etməyib
ABŞ kəşfiyyatının rəhbəri Tulsi Qabbard bildirib ki, İran 2025-ci ilin iyununda dağıdıcı ABŞ-İsrail hücumundan sonra zənginləşdirilmiş uran istehsalını bərpa etməyə cəhd göstərməyib.
"Sizinxeber.az" "The Guardian"a istinadən xəbər verir ki, o bu barədə ABŞ Senatı üçün hazırlanmış çıxışında bildirib.
"Gecəyarısı çəkic" əməliyyatı nəticəsində İranın uranın zənginləşdirilməsi proqramı məhv edilib. O vaxtdan bəri onlar bu sahədəki potensialı bərpa etmək üçün heç bir cəhd göstərməyiblər", - Qabbard qeyd edib.
O, həmçinin vurğulayıb ki, ABŞ və İsrailin kampaniyası zamanı ölkənin rəhbərliyinə və hərbi potensialına endirilən ağır zərbələrə baxmayaraq, İran hökuməti "sağ-salamatdır".
Qabbard əlavə edib ki, kəşfiyyat icmasının fikrincə, əgər İran rəhbərliyi mövcudluğunu qoruyub saxlayarsa, o, öz raket və pilotsuz uçuş aparatları proqramlarını bərpa etmək üçün çoxillik səylər göstərəcək.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Oxşar xəbərlər
İran AEBA-nı zənginləşdirilmiş uran ehtiyatlarının qorunması tədbirləri barədə məlumatlandırıb
AEBA rəhbəri: İran zənginləşdirilmiş uranın istehsalını kəskin artırır
KİV: İsrail hesab edir ki, ABŞ-nin zərbələrinə baxmayaraq İranın zənginləşdirilmiş uranı qalıb
Əraqçi: İran uranın zənginləşdirilməsi proqramından imtina etməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
