İraq, Livan, Böyük Britaniya və Danimarkada Azərbaycan evinin açılması nəzərdə tutulur
sizinxeber.az xəbər saytı

İraq, Livan, Böyük Britaniya və Danimarkada Azərbaycan evinin açılması nəzərdə tutulur


İraq, Livan, Böyük Britaniya və Danimarkada Azərbaycan evinin açılması nəzərdə tutulur, bu istiqamətdə danışıqlar gedir.

Bunu Sizinxeber.az”a müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

O qeyd edib ki, hazırda Azərbaycan evlərinin açılması ilə bağlı müraciətlər çoxdur.

“İraqda, Livanda Azərbaycan evinin açılışı nəzərdə tutulur, bu istiqamətdə danışıqlar gedir. Ancaq bu, o demək deyil ki, onlar iki ay sonra açılacaq. Böyük Britaniya və Danimarkada da Azərbaycan evinin açılması planlaşdırılır. Həmçinin Almaniyanın Ştutqart şəhərində, ABŞ-nin bir sıra ştatlarında Azərbaycan evlərinin açılması ilə bağlı müraciətlər var. Bunlarla yanaşı, Cənubi Koreyada Azərbaycan evinin genişləndirilməsi nəzərdə tutulur, çünki Azərbaycan icmasının sayı artıb”, - F.Muradov əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan evləri daim dövlət tərəfindən maliyyələşə bilməz:

"Azərbaycan evləri ilə bağlı bəzi maliyyə və texniki məsələlərlə əlaqədar öz üzərimizə öhdəlik götürürük. Lakin həmin evlər daim Azərbaycan dövləti tərəfindən maliyyələşə bilməz. Müəyyən müddətdən sonra əgər icma, həqiqətən də, Azərbaycan evinin fəaliyyətini davam etdirmək istəyirsə, mütləq icma üzvləri də dəstək olmalıdır.

Ona görə də yeni açılan Azərbaycan evlərinin hamısına müəyyən müddət verilir, həmin müddətdən sonra maliyyə yardımına yenidən baxılır. O müddətdə onlar öz fəaliyyət mexanizmlərini həyata keçirməlidirlər. Yəni Azərbaycan evinin açılması hansısa Azərbaycan evinin bağlana bilməyəcəyi mənasına gəlmir”.

Komitə sədri vurğulayıb ki, Azərbaycan evlərinin gələcək fəaliyyəti və inkişafı hər zaman müzakirə predmeti ola bilər.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Oxşar xəbərlər

İraqda Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır
Fuad Muradov: Xarici ölkələrdə Azərbaycan evlərinin açılması üçün çoxsaylı müraciətlər var
Bu ay ABŞ-də Azərbaycan Evi açılacaq
Bu ay ABŞ-də Azərbaycan Evi açılacaq
Azərbaycanla-Serbiya arasında yaxın dövrdə birbaşa aviareyslərin açılması nəzərdə tutulur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle