ADY yaşıl dünya naminə kütləvi iməcilik keçirib - FOTO
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) COP29-a hazırlıq çərçivəsində 2 noyabr tarixində Bakı şəhəri üzrə dəmir yolunun təhkim zolaqlarında kütəvi iməcilik aksiyası keçirib.
"APA-Economics" xəbər verir ki, Bakı, Nərimanov, Keşlə, Koroğlu və Biləcəri stansiyaları üzrə təşkil olunmuş iməcilikdə ADY-nin struktur bölmələri və törəmə təşkilatların əməkdaşları iştirak ediblər. Zəruri sanitar ləvazimatlarla təchiz olunmuş iştirakçılar ərazilərdə təmizlik-abadlıq, yaşıllıqlara qulluq və ağacların diblərinin yumşaldılması kimi işləri yerinə yetirib, dəmiryol xətləri üzərinə atılmış və hərəkətin təhlükəsizliyinə risk yaradan məişət tullantılarını təmizləyiblər.
Tədbirin əsas məqsədi ətraf mühitin mühafizəsinə münasibəti dəyişmək, ekoloji problemlərə diqqət çəkmək və təbiəti qorumağın vacibliyini vurğulamaqdır.
Toplanmış tullantı aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Bakıda iməcilik keçirilib
ADY və Bakı Şəhər İcra Hakimiyyəti dəmir yollarının təhkim zolaqlarını tullantılardan təmizləyib - FOTO
Paytaxtda növbəti iməcilik keçirilib, küçələr yuyulub - FOTO - YENİLƏNİB
COP29 könüllüləri Xəzər dənizinin Lənkəran sahilində təmizlik aksiyasında iştirak ediblər
Paytaxtda növbəti iməcilik keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










