Sizinxeber.az » Dəhlizlər » ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak edib

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak edib

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Beynəlxalq İpək Yolu Sərgisi və Şərqi və Qərbi Çin arasında İnvestisiya və Ticarət Forumunda iştirak edib.

APA-Economics” ADY-yə istinadən xəbər verir ki, sərgi və forum çərçivəsində Çinin Sian quru limanı və Qazaxıstan-Çin birgə terminalına baxış keçirən ADY nümayəndə heyəti Sian limanından Avropaya konteyner blok qatarının yola salınması mərasiminə qatılıb.

Mərasimdə çıxış edən Vüsal Aslanov Çin-Avropa marşrutu üzrə blok qatarın yola düşməsini Azərbaycan və Çin arasında qarşılıqlı əlaqələrdə insanları və iqtisadiyyatları birləşdirən addım kimi qiymətləndirib.

Vüsal Aslanov Çinin "Bir Kəmər, Bir Yol” təşəbbüsünün Azərbaycan tərəfindən dəstəkləndiyini, ölkənin tranzit potensialının gücləndirilməsi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən infrastruktur layihələrinə investisiya yatırılmasının davam etdirildiyini və atılan addımların Çin-Avropa-Çin marşrutu üzrə tranzit yük həcminin artmasına daha böyük töhfə verəcəyini bildirib.

Tədbir çərçivəsində Çin, Qazaxıstan və Gürcüstandan olan həmkarları ilə görüşən ADY rəsmisi artan yük həcminə uyğun infratruktur işlərinin icrası, qatarların qrafik üzrə hərəkətinin təmin edilməsi və s. məsələləri müzakirə edib.

Siandan Orta Dəhlizlə yola salınan blok qatarın multimodal marşrutu dəmir yolu şəbəkələri ilə yanaşı, Qazaxıstanın Altınkol və Aktau, Azərbaycanın Ələt, Gürcüstanın Poti, Bolqarıstanın Burqas, Serbiyanın Belqrad, Macarıstanın Budapeşt və Almaniyanın Duysburq və Hamburq limanlarını əhatə edir.

Yeni marşrutun əhəmiyyəti bundan əvvəl Hamburq istiqamətinə alternativ nəqliyyat dəhlizləri ilə göndərilən konteyner yüklərinin Orta Dəhlizə cəlb edilməsi ilə yük həcminin artırılmasından ibarətdir.

Qeyd edək ki, blok qatarın 20-25 gün ərzində təyinat məntəqəsinə çatması gözlənilir. Ümumilikdə Orta Dəhliz vasitəsilə 2024-cü ilin yanvar ayından başlayaraq Sian-Avropa istiqamətində mütəmadi olaraq gündəlik 1-2 qatar tərtib edilərək yola salınır.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Prezident İlham Əliyevin doğum günüdür
  2. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  3. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  4. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  5. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  6. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  7. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  8. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  9. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  10. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
SÖZÜM VAR !