Şəhid leytenantın qəhrəmanlığı haqqında əsər yazılır
Azərbaycan Ordusunun baş leytenantı Hüseyn Nəcəfzadənin həyat və döyüş yoluna həsr olunmuş yeni əsər yazılır.
"APA-Economics" xəbər verir ki, əsər 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Suqovuşanın azad edilməsi uğrunda gedən ağır döyüşlərdə qəhrəmanlıq göstərmiş leytenant Hüseyn Nəcəfzadənin həyatından bəhs edir.
Müharibənin çətinlikləri, ön cəbhədə yaşanan döyüşlər, döyüş yoldaşları və onun inanılmaz sevgi hekayəsi də əsərdə xüsusi yer tutur.
Qeyd edək ki, Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Nəcəfzadə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Əsərin müəllifi gənc yazıçı, "Həqiqətlər" adlı mini ensiklopediyanın müəllifi və Azərbaycanın ilk ensiklopedik portalının yaradıcısı Jalə Orucovadır. PAŞA Qrup əməkdaşıdır.
Oxşar xəbərlər
Sumqayıtda Vətən Müharibəsi Qəhrəmanı Anar Şükürovun büstü və xatirə muzeyi açılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad edilməsindən 4 il ötür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vətən müharibəsi iştirakçısı məhkəmə hakimi təyin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün Cəbrayıl Şəhəri Günüdür, şəhərin işğaldan azad edilməsindən 4 il ötür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 4 il ötür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












