ABŞ-də "Milli kitab" mükafatının qalibləri açıqlanıb
Amerika Birləşmiş Ştatlarında ədəbiyyat üzrə “Milli kitab” mükafatının laureatları açıqlanıb.
Sizinxeber.az xəbər verir ki, nəsr üzrə mükafat amerikalı yazıçı Persival Everettə təqdim olunub. O, bu mükafata Mark Tvenin “Heklberri Finnin macəraları” romanındakı Ceyms obrazının həyatının davamından bəhs edən “Ceyms” romanına görə layiq görülüb.
Şeir üzrə qalib isə “Yaşamaq haqında bir şey” şeirlər toplusu ilə Fələstin əsilli Amerika şairi Lena Xələf Tuffaha olub.
Hər iki ədibə mükafat fondu tərəfindən 10 min dollar pul mükafatı verilib.
Qeyd edək ki, “Milli kitab” mükafatı 1936-cı ildə Amerika Kitab Satıcıları Assosiasiyası (American Booksellers Association) tərəfindən tərtib olunub, İkinci Dünya müharibəsi dövründə fəaliyyəti dayandırılıb və 1950-ci ildə üç kitab sənayesi tərəfindən yenidən bərpa edilib. ABŞ-dən olmayan müəlliflər müharibədən əvvəlki dövrdə mükafata namizəd ola bilirdilər. İndi bu mükafatlar yalnız il ərzində ABŞ-də nəşr olunmuş kitablara və ABŞ-dən olan müəlliflərə təqdim olunur.
Oxşar xəbərlər
54 yaşlı cənubi koreyalı yazıçı ədəbiyyat üzrə “Nobel”in sahibi olub
Azərbaycan nəşrləri XXI Beynəlxalq “Kitab sənəti” müsabiqəsində qalib olub
Azərbaycan Moskva Beynəlxalq Kitab Sərgisində təmsil olunur
10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları məlum olub
Dünya şöhrətli yazar Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib












