Tanınmış ingilis yazıçı vəfat edib
Tanınmış ingilis yazıçı və dublyaj aktyoru Brian Trueman vəfat edib.
APA “BBC”-ə istinadən xəbər verir ki, bu barədə yazıçının oğlu Jonathan Trueman öz “Facebook” hesabında paylaşım edib.
Paylaşımda B.Truemanın qısa müddət ərzində sağlamlığında yaranan problem səbəbilə xəstəxanaya yerləşdirildiyi bildirilib. O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Trueman 1932-ci il mayın 16-da Mançesterdə anadan olub. O, “Cosgrove Hall” animasiya studiyası sayəsində məşhurlaşıb. O, əsasən, 1970 və 1980-ci illər ərzində uşaq cizgi seriallarının ssenarisini yazıb və özü də səsləndirib. Brian Trueman, eyni zamanda, məşhur “Danger Mouse” (“Təhlükəli siçan”) cizgi filminin müəllifi idi.
Oxşar xəbərlər
"YouTube"un keçmiş CEO-su vəfat edib
Tanınmış türkiyəli aktrisa vəfat edib
“Ulduz” jurnalının iyul-avqust sayı işıq üzü görüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
