Cəlilabadda aşkarlanan qədim qoç heykəlləri - Onlar nə zaman rəsmi qeydiyyata alınacaq?
- 24-05-2025, 13:00
- Mədəniyyət / Mədəniyyət siyasəti
- 0
- 1 266
Cəlilabad rayonunun Buravar kəndində 2022-ci ildə aşkar olunan qoç daş heykəllərinin hələ də dövlət qeydiyyatına alınmaması tarixçiləri narahat edir.
Bu barədə "Sizinxeber.az"un Muğan bürosuna tədqiqatçı Sabit Qurbanov məlumat verib.
Onun sözlərinə görə, bu heykəllər Azərbaycan xalqının mədəni irsinin ayrılmaz hissəsi olsa da, təəssüf ki, son illərdə bu nadir abidələrin bir çoxu baxımsızlıq ucbatından sıradan çıxır. Nəticədə tariximizin mühüm izləri unudulmağa başlayır:
“Rayonun Buravar kəndində 2022-ci ildə yerləşən köhnə qəbiristanlıq ərazisində qoç və ehtimal edilən buğa daş fiquru aşkar edilib. Həmin fiqurlar bədii işlənmə və forma xüsusiyyətləri Cənubi Azərbaycanın və Qarabağ bölgəsinin oxşar nümunələri ilə uyğundur. Mədəni İrsin Qorunması üzrə Dövlət Xidmətinin regional idarəsinin rəhbərliyi tərəfindən 2022-ci ildə ərazidə monitorinq keçirilib. Lakin mədəni irs nümunələrinə hələ də heç bir mühafizə statusu verilməyib. Onlar açıq havada iqlim dəyişikliklərinin təsiri altında tədricən aşınır”.
Mütəxəssis sözügedən daş abidələrin mühafizə olunaraq tanıdılmasının zəruriliyini vurğulayıb:
“Bu abidələr yalnız Cəlilabadın deyil, bütün Azərbaycanın türk mənşəli qədim abidələr sisteminin bir parçasıdır. Nümunələrin mühafizəyə götürülməsi və ictimaiyyətə tanıdılması vacibdir. Mədəni İrsin Qorunması üzrə Dövlət Xidməti və yerli idarəetmə orqanları bu istiqamətdə addımlar atmalıdır. Gec olmadan bu abidələrə diqqət yetirilməli, onların gələcək nəsillərə çatdırılması üçün tədbirlər görülməlidir”.
Məsələ ilə bağlı "Sizinxeber.az"un yerli bürosunun sorğusuna cavab olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, Cəlilabad rayonunda dövlət qeydiyyatında olan 46 tarix və mədəniyyət abidəsi var. Son illər aparılmış monitorinqlər nəticəsində tarix, memarlıq və arxeoloji əlamət daşıyan 11 obyekt müəyyən edilərək yeni aşkar olunmuş abidə kimi qeydiyyata alınıb:
“Hazırda Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının üzvlərinin iştirakı ilə keçirilən iclaslarda daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi üçün təqdim edilən tarix, memarlıq və arxeoloji əhəmiyyət daşıyan obyektlər barədə məlumatlar təhlil edilir, müzakirələr aparılır.
Daha sonra qanunvericiliyə uyğun olaraq, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həmin obyektlərin memarlıq dəyəri, tarixi və arxeoloji əhəmiyyətinin qiymətləndirilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq institutlarına rəy verilməsi üçün müraciət olunur. Verilən rəy müsbət olarsa, həmin obyektlərin siyahıya daxil edilməsi üçün müvafiq tədbirlər görülür.
Cəlilabad rayonunda da qeyd olunan obyektlərin tarixi abidələrin siyahısına daxil edilməsi istiqamətində tədbirlər davam etdirilir”.




alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />