

Şəkidə dövlət mühafizəsində olan min illik məbədin bərpaya ehtiyacı var
Şəki rayonunun Orta Zəyzid kəndində yerləşən Alban Məbədinin restavrasiyaya ehtiyacı var.
Bu barədə "Report"un Şimal-qərb bürosuna tarixçi Vaqif Abdullayev məlumat verib.
Onun sözlərinə görə, Alban Məbədi baxımsız qaldığı üçün dağılıb. Məbəd otuz il öncə başqa görkəmdə olsa da, hazırda sütun və tağların bəzi hissələri zədələnib, divarlarında olan daşlar yerə tökülüb:
“Mən deyərdim ki, məbədin inşa tarixi daha qədimdir. Onun üzərində XI, XII-ci əsr yazılsa da, IV-cü- V-ci əsrə aid olmasını ehtimal edirəm. Mən bu məbədin yerləşdiyi kənddə yaşayıram, 74 yaşım var. Bura ən azından 65 ildir dəfələrə gəlib-getmişəm. Məbədi belə vəziyyətdə heç vaxt görməmişdim. Heyf ki, bu gözəl, qədim abidə hazırda tamamilə dağılmaq təhlükəsi ilə üz-üzədir. İnanın ki, burada bir arxeoloji qazıntı, təmir işləri aparılsa ən qədim dövrün tapıntıları aşkara çıxa bilər. Həmin illərdə burada albanlar yaşayıb, bu kəndin dərin kökü var. Ona görə də ərazidə araşdırmalar aparılmalıdır”.
Tarixçi onu da qeyd edib ki, Orta Zəyzid kəndinin mərkəzində məbədə qədər olan məsafə bir kilometrdir. Əgər məbəddə bərpa işləri aparılarsa kəndin turizm potensialı da arta bilər.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı Və Bərpası Üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli “Report”un yerli bürosuna bildirib ki, Zəyzid məbədi tarix mədəniyyət abidəsi kimi dövlət mühafizəsi altındadır:
“Tarixi abidənin qorunması və ətrafının abad saxlanılmasına dövlət xidməti tərəfindən nəzarət olunur. Bərpaya ehtiyacı olan məbəd investisiya layihələrinin siyahısına daxil edilib. Tarixi abidələrə müvafiq siyahıya daxil edilərək mərhələli şəkildə bərpa-konservasiya işləri həyata keçirilir. Sözügedən məbədin də investisiya layihələrinin icrası çərçivəsində bərpası planlaşdırılır”.
Oxşar xəbərlər
Dövlət Xidməti: “Ermənistan işğal zamanı Gəncəsər monastrında qanunsuz təmir-bərpa işləri aparıb”
Müqəddəs Taxt-Tacın rəsmi nəşrində Qafqaz Albaniyası abidələrinin tarixi işıqlandırılıb
İlham Əliyev Ağdam rayonunun Salahlı Kəngərli kəndinin təməlini qoyub
Kəlbəcərə ilk dəfə infotur təşkil edilib
Ağdam rayonunun Salahlı Kəngərli kəndinin təməli qoyulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
-
Azərbaycanlı gənclər İstanbulda beynəlxalq liderlər forumunun iştirakçısı olub
