Naxçıvanda bir sıra memarlıq abidələrinə baxış keçirilib
Naxçıvan şəhərində yerləşən memarlıq abidələrinə baxış keçirilib.
"Report"un yerli bürosunun məlumatına görə, məqsəd abidələrin mövcud vəziyyətinin qiymətləndirilməsi, konservasiya və ya təmir-bərpaya ehtiyacı olub-olmadığının müəyyənləşdirilməsidir.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Seyidov əsasən XVIII əsrə aid ölkə əhəmiyyətli memarlıq abidəsi İsmayıl xan hamamına, XII əsr memarlıq abidələri Möminə Xatın və Yusif Küseyiroğlu türbələrinə, XVIII əsrə aid Məscid və türbə kompleksində (İmamzadə kompleksi) olub.
Onu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin inkişafı və bərpası şöbəsinin baş məsləhətçisi Sabir Quliyev, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpa problemləri şöbəsinin müdiri, memarlıq doktoru Samirə Abdullayeva və digər mütəxəssislər müşayiət ediblər.
Oxşar xəbərlər
Ordubadda XVIII əsrə aid olan tarix-memarlıq abidəsi bərpa ediləcək
Ordubaddakı "Sərşəhər Məscidi" bərpa ediləcək
Bakıda memarlıq abidəsinə müdaxilə edilib, söküntü işləri dayandırılıb
Kiçik Mərdəkan qəsri bərpa ediləcək
Ağdamda “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradılır - SƏRƏNCAM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












