Şəkidə "Tullantılardan İncəsənətə" adlı sərgi keçiriib
Şəki-Zaqatala Regional Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Şəki Rayon Komitəsinin birgə təşkilatçılığı ilə yerli təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər arasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Tullantılardan İncəsənətə” adlı əl işlərindən ibarət sərgi keçirilib.
Bu barədə "Sizinxeber.az"un Şimal-qərb bürosuna Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, sərginin açılışından əvvəl müəllimlərin əl işlərinə baxış keçirilib. Sonra tədbir iştirakçıları “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində bir neçə sinifdə təşkil edilən açıq dərsləri izləyiblər.
Tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər Təhsilin Təşkili Şöbəsinin müdiri İlahə Rəsulova, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, ATİAHİ Şəki Rayon Komitəsinin sədri Ziyafət Xasıyeva və başqaları çıxış edərək, belə tədbirlərin müəllimlərin yaradıcılıq qabiliyyətlərinin inkişafı və ekoloji şüurun artırılması baxımından əhəmiyyətini vurğulayıblar.
Sərgi çərçivəsində təşkil edilən müsabiqənin qalibləri münsiflər heyətinin qərarı ilə müəyyənləşdirilib və onlara mükafatlar təqdim edilib.
Tədbir şagirdlərin hazırladığı “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatıb.
Oxşar xəbərlər
Regional təhsil idarələrində müdir təyinatları olub
Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Şöbə müdiri: Özəl bağçalara cəlb edilən uşaqların bir qisminin xərcini dövlət ödəyəcək
Agentlik: 2026-cı ilədək bağçalara uşaq qəbulunun sayı artırılacaq
Naxçıvan və regionlar üzrə 11 285 uşaq bağçalara qəbul olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












