“Şuşa Yaradıcılıq Emalatxanası” çərçivəsində iştirakçılara təlim keçirilib
sizinxeber.az xəbər saytı

“Şuşa Yaradıcılıq Emalatxanası” çərçivəsində iştirakçılara təlim keçirilib


İslam ölkələrinin "Gənclər paytaxtı" elan edilən Şuşa şəhərində "Şuşa Yaradıcılıq Emalatxanası" layihəsi çərçivəsində iştirakçılara təlim keçirilib.

"Sizinxeber.az"un Şuşaya ezam olunmuş əməkdaşının məlumatına görə, təlimin keçirilməsində məqsəd Azərbaycanın milli geyim əlavəsi çarığın tikilmə qaydasını iştirakçılara öyrətməkdir.

Təlimçi İbrahim Eyyublu müxtəlif ölkələri təmsil edən 14 iştirakçıya çarığın hazırlanmasına dair təlim keçib.

Təlimdə Qarabağ Universiteti və Bakı Musiqi Akademiyasının tələbələri, eləcə də Özbəkistan, İran, Türkiyə, Əfqanıstan və Mərakeşdən olan könüllülər iştirak edib.

Dekorativ əl işləri hazır olduqdan sonra iştirakçılara hədiyyə olaraq verilib.

Qeyd edək ki, "Gənclər paytaxtı"nın bağlanış mərasimləri dekabrın 4-də başa çatır.

Oxşar xəbərlər

“Gənclər Paytaxtı”nın bağlanış mərasimində "Şuşa Yaradıcılıq Emalatxanası" keçirilib
Şuşada İslam dünyasının "Gənclər Paytaxtı"nın bağlanış mərasimi keçirilib
Şuşada İslam dünyasının "Gənclər Paytaxtı"nın bağlanış mərasimi keçirilir
Şöbə müdiri: Şuşa tədbirinin məqsədi gənclərin İslam dünyasına mesaj ötürə bilməsidir
İlham Əliyevdən Şuşa ilə bağlı sərəncam

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər