Məhəmməd Füzulinin 530 illik yubileyi Şirvanda qeyd olunub
sizinxeber.az xəbər saytı

Məhəmməd Füzulinin 530 illik yubileyi Şirvanda qeyd olunub


Şirvanda Şəhər İcra Hakimiyyəti, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyinə həsr olunmuş “Füzuli dünyasından dünyaya baxış” adlı tədbir keçirilib.

“Sizinxeber.az”un Aran bürosunun məlumatına görə, öncə şəhərin M.Füzuli adına Mədəniyyət və İstirahət Parkında dahi şairin büstü ziyarət olunub, önünə gül dəstələri düzülərək, xatirəsi yad edilib.

Sonra Şirvan Dövlət Rəsm Qalereyasının təşkil etdiyi Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.

Şirvan Şəhər Mədəniyyət Mərkəzində davam edən tədbirdə Azərbaycan-Türkiyə ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən biri olan Məhəmməd Füzulinin həyat və yaradıcılığından bəhs olunub, onun əsərlərinin təkcə ölkəmizin poeziyası üçün deyil, bütövlükdə Şərq və dünya ədəbiyyatı üçün əhəmiyyəti vurğulanıb.

Tədbirdə şəhərin mədəniyyət nümayəndələrinin və məktəblilərin ifasında Məhəmməd Füzuli yaradıcılığından nümunələr səsləndirilib, “Meyvələrin söhbəti” kompozisiyası təqdim edilib, şairin qəzəlləri əsasında muğam parçaları ifa edilib.

Oxşar xəbərlər

Almaniyadakı Azərbaycan Mədəniyyət Mərkəzində Məhəmməd Füzulinin 530 illiyi ilə bağlı tədbir keçirilib
Salyanda iki ildən çoxdur boş qalan direktor vəzifəsinə təyinat olub
Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə inklüziv siniflərin açılması planlaşdırılır
Bakıda Abay Kunanbayevin anadan olmasının 179-cu ildönümü qeyd olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər