Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə inklüziv siniflərin açılması planlaşdırılır
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə inklüziv siniflərin açılması planlaşdırılır.
"Report"un Muğan bürosunun məlumatına görə, Şirvan-Salyan Regional Təhsil idarəsi korreksiyaedici pedaqoq mütəxəsislərinin işə qəbulu ilə bağlı müsabiqə elan edib.
Müsabiqədə iştirak etmək istəyənlər 9 fevral- 14 fevral 2024-cü il saat 23:59-a kimi qeydiyyatdan keçə bilərlər.
Müsabiqədə uğur qazanmış namizədlər Şirvan-Salyan RTİ üzrə açılması planlaşdırılan inklüziv siniflərin fəaliyyət göstərdiyi ümumi təhsil müəssisələrində loqoped-defektoloq kimi fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, vakansiya üçün korreksiya pedaqogikası yaxud loqoped-defektoloq ixtisasını bitirmiş şəxslər müraciət edə bilərlər.
Qeydiyyat üçün link: ().
Oxşar xəbərlər
Ali təhsilli Vətən müharibəsi iştirakçısının xadimə təyin edilməsi ilə bağlı AÇIQLAMA
Mikayıl Cabbarovun qoluna nə olub?
Psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı müsabiqəyə sənəd qəbulu aparılır
Naxçıvan mədəniyyət müəssisələrində rəhbər və ümumi vəzifələrə işə qəbul müsabiqəsi elan edilib
Salyanda iki ildən çoxdur boş qalan direktor vəzifəsinə təyinat olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













